Hadisə

Türkiyədən Avropaya keçmək istəyən doqquz min nəfər saxlanılıb

Türkiyənin sahil mühafizə qüvvələri bu ilin yanvar ayından etibarən Egey dənizi sahillərindən Yunanıstana keçməyə çalışan 9 min 648 köçkünü saxlayıb.

"Businessinsider.az" xəbər verir ki, müxtəlif səbəblərdən ölkələrini tərk edərək Türkiyəyə üz tutan və buradan Avropaya keçmək istəyənlərin sayı ötən illərlə müqayisədə azalsa da, proses hələ də davam edir. Bu ilin ilk ayından etibarən 5 min 729 köçkün saxlanılaraq ölkələrinə qaytarılıb və 3 min 919 nəfər 82 ölkənin hüquq mühafizə orqanlarına təhvil verilib. Altı nəfərin isə cəsədi tapılıb.

Bunun qarşısını almaq məqsədilə Türkiyənin sahil mühafizə qüvvələri tərəfindən ölkənin Egey dənizi, Akdeniz və Qaradəniz sahillərinə aid bölgələrində mühafizə tədbirləri gücləndirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)