Hadisə

FHN-dən yanğınla bağlı - AÇIQLAMA

FHN də məcburi köçkünlərin məskunlaşdığı binadakı yanğınla bağlı məlumat yayıb. "BI"yə daxil olan məlumata görə, Bakı şəhərinin Nizami rayonunda Səhiyyə Nazirliyinin balansındakı, hər mərtəbəsi 1000 kv.m olan üçmərtəbəli xəstəxana (hazırda fəaliyyət göstərmir) binasının (məcburi köçkünlər məskunlaşıb) 3-cü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları 10 m² sahədə yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyyə olunub.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göndərilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)