Statuslar

"Banklara limit qoymaqdansa, onlar arasında ayrı-seçkilik ləğv olunmalıdır"

Dəyişikliyə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasına kreditlər üzrə faiz dərəcələrinin, komisyon haqlarının və bank xidmətləri üçün ödənişlərin yuxarı həddinin müəyyənləşdirilməsi səlahiyyəti veriləcək. 

Azərbaycanda kreditlər çox bahadır. Amma bunun əsas səbəblərindən biri bankların özlərinin cəlb elədiyi resursların bahalığıdır. Hazırda bank sektoru üzrə resursların 65%-i depozitlərdən formalaşır. Depozitlərin, xüsusilə milli valyutada depozitlərin fazilərinin xeyli yüksək olduğu hər kəsə məlumdur. 

Bir qayda olaraq bazar qanunlarının effektiv çalışdığı, bank sektorunda rəqbət mühitinin yüksək səviyyədə təmin edildiyi şəraitdə Mərkəzi Bankın əməliyyatları üzrə faiz dərəcələri, açıq bazar əməliyyatları, kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi kimi alətlər, uzun pulların qıtlığı hiss edilmədiyi effektiv borc bazarının fəaliyyət göstərməsi iqtisadiyyatda ucuz resursların yaranmasına imkan yaradır.

Kredit faizləri üçün maksimum tavan müəyyənləşdirmək siyasəti Mərkəzi Bankın əlində olan rıçaqların işləmədiyinin etirafıdır.

Rəsmi inflyasiyanın 2% olduğu iqtisadiyyatda 9% uçot dərəcəsi olarsa, banklar ucuz kredit verməkdənsə öz resurslarını daha sərfəli gəlirlilik şərtlərilə dövlət qiymətli kağızlar bazarına, depozit hərraclarına yönəldər. Yəni bu tip amillər düyün nöqtələridir – bu düyünlər necə çözüləcək?
Kredit fazilərinə yuxarı tavan müəyəyn etməklə bərabər qanunvericilliyə bankların resurslara ədalətli çıxışı üçün də mexanizmlər gətirilməldir.

Məsələn, dövlət resurslarının banklarda yerləşdirilməsi, dövlət vəsaitlərinin xidmət haqqı müqabilində benefsiarlara çatdırılması üçün bütün banklar üçün adil hüquqi şərtlər təmin edilməlidir.

Daha açıq desək, pensiyaların, büdcə maaşlarının və subsidiyaların paylanılması, dövlət təşkilatlarının qarşılıqlı maliyyə əməliyyatlarının aparılması yalnız kiçik bir qrup bankın imtiyazı, təminatlı gəlir mənbəyi olmamalıdır.

 

Rövşən Ağayev
ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department