Sosial iqtisadiyyat

Bakının bu hissəsində qaz kəsiləcək

Bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində bir qrup abunəçinin qaz təchizatı dayandırılacaq. 

ENA.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, fasiləyə səbəb “Sabunçu-əhali” orta təzyiqli qaz xəttinin kipliyə sınaq işlərinin icra olunmasıdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department