Sosial iqtisadiyyat

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlara təbii qaz verilməsində fasilələr olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, sabah saat 09:00-dan Şəki rayonunun Turan qəsəbəsi və bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri icra olunacaq. Bundan başqa, qaz xətlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzi və 1 qəsəbədə, eləcə də saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə qaz fasilələrlə veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department