ENA+

Putin 30 general və polkovniki işdən çıxardı

Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, hüquq-mühafizə orqanlarında yüksək post tutan 30 general və polkovnik tutduğu vəzifədən azad edilib.

Bu barədə "Kommersant" nəşri məlumat yayıb.

Rusiya KİV-lərinin xəbərinə əsasən, siyahıda İstintaq Komitəsinin Krım və Dağıstan üzrə rəhbərləri də var. Bundan başqa, onların yerinə yeni təyinat olduğu da deyilir.

Qeyd edək ki, məsələ ilə bağlı Kremlin saytında rəsmi məlumat yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)