Bank

“Visa Token” xidmətini Azərbaycana gətirilməsi üçün çox əziyyət çəkdik”

“Müasir texnologiyalardan istifadə etməsək bank sektoru tənəzzülə uğraya bilər”.

ENA.az xəbər verir ki, bunu "Visa Token” xidmətinin təqdimatında çıxış edən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev deyib.

“Biz bu qabaqcıl texnologiyanın Azərbaycana gətirilməsi və istifadəyə verilməs üçün çox əziyyət çəkdik. Nəhayət ki, “Visa”nın dəstəyi ilə bunu bacardıq", - deyə o, qeyd edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov isə deyib ki, yeni xidmətin istifadəyə verilməsi kölgə iqtisadiyyatını azaldacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)