Sosial iqtisadiyyat

Yeni işçi götürən sahibkara subsidiya veriləcək - ŞƏRTLƏR

Azərbaycan Sahibkarlar Konfederasiyası sosial tərəfdaşları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Beynəlxalq Əmək Təşkilatının “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq subsidiya proqramına start verir.

ENA.az xəbər verir ki, proqram iş təcrübəsi olmayan gənclərin məşğulluğunun artırılması, onların əmək bazarında layiqli yer tutmaları, işaxataranlar və işəgötürənlərin təşviq  edilməsi məqsədi daşıyır.

Layihə Bakı şəhərinin 12 rayonunu əhatə edəcək. Layihəyə əsasən işəgötürənlər  və BƏT arasında subsidiya müqaviləsi bağlanılır. Bunun əsasında işə götürülən hər bir gəncin  12 ay ərzində əmək haqqının 50 faizi (vergilər və sosial sığorta haqları daxil olmaqla)  işə götürənlərə subsidiya şəklində veriləcək.

Proqramın sonunda hər rayon üzrə 4 nəfər olmaqla cəmi 48 nəfər işsiz və iş axtaran vətəndaş rəsmi əmək fəaliyyətinə cəlb ediləcək.

Layihəyə işəgötürənlər olaraq iqtisadiyyatın qeyri-neft sektoru sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müraciət edə bilər.

O da məlumdur ki, hər il Azərbaycanda 100-150 min gənc əmək bazarına daxil olur. Bunu nəzərə alaraq, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində aparılan məqsədyönlü  siyasətin davamı kimi bu proqram iş təcrübəsi  olmayan gənclərə yeni bir imkan yaradılır. Həmçinin sahibkarlar bu proqram vasitəsilə işçiyə olan ehtiyacın qarşılanmasında əlavə maliyyə mənbəyi dəstəyi almış olacaq.

Subsidiya proqramına qoşulmaq və proqramın şərtləri barədə ətraflı məlumat üçün aşağıdakı linkə keçid edin:

https://forms.gle/AeAdmtQH94dVezgK9

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department