Avtomobil

“Audi” Çində özünün satış rekordunu yeniləyib

Çində yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox - 427 min 447 ədəd “Audi” avtomobili satılıb.

ENA.az “FAW-Volkswagen” Çin-Almaniya birgə müəssisəsinə istinadla xəbər verir ki, avqust ayına olan satış sayı (58 min 580 ədəd) son bir ildə yeni aylıq rekord göstəricidir. Belə ki, iyuldakı rekord rəqəm 56 min 223 ədəd olmuşdu.

“Audi” avtomobili alanlar daha çox Çində istehsal olunan “Audi Q5L” modelinə üstünlük veriblər. Ötən ay 13 min 785 ədəd bu model avtomobil satılıb.

Şirkət qarşıdakı aylarda Çin bazarında bir neçə yeni model, o cümlədən “Audi Q8”, tam yeni “Audi 6 Allroad” və “Audi A6 Avant” avtomobillərini satışa çıxaracaq.

Qeyd edək ki, Çində “Audi” avtomobillərinin istehsalına 1988-ci ildən başlanılıb. Hazırda Çançun şəhərindəki zavodda “Audi A4 L”, “Audi A6 L”, “Audi A6 L e-tron” və “Audi Q5 L” modelləri yığılır. 2013-cü ildən isə Foşan şəhərindəki zavodda “Audi A3” və “Audi Q2L” modelləri, cari ildən isə Tiencin şəhərində “Audi Q3” modelləri istehsal olunur. Bundan başqa, Tinecin şəhərində “Audi” avtomobilləri üçün sürət qutuları istehsal edən zavod da fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)