Sığorta

Forma 4-ün elektronlaşdırılması niyə gecikir?

Bir müddət əvvəl avtomobillərin qəzası zamanı Dövlət Yol Polisi tərəfindən təqdim edilən forma 4-ün elektron formada təqdim ediləcəyi barədə məlumatlar verilmişdi. Buna baxmayaraq hələ də forma 4-ün tam avtomatlaşdırılması həyata keçirilməyib.

Sözügedən msələnin səbəbini soruşmaq üçün sığorta sektoru üzrə ekspert İlkin İbrahimlibildirib ki, əslində forma 4-lə bağll belə səs küylər bir neçə ildir ki, davam edir. Lakin hələlik bu irəliləmə sadəcə sözdən ibarətdir: “Bu prosesin irəli getməsini sığorta ekspertləri də maraqla gözləyir. Buna baxmayaraq hələlik bu məsələ ilə bağlı heç bir irəliləyiş nəzərə çarpmır. Ümid edirəm ki, polis orqanlarında gedən proqreslər forma 4-lə bağlı məsələnin də həllinə gətirib çıxaracaq”.

 

ABC.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)