Avtomobil

Tbilisidən Azərbaycan sərhədinə qədər olan yolda "ağıllı kameralar" quraşdırılıb

ürcüstanın paytaxtı Tbilisidən Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə qədər olan avtomobil yolunda "ağıllı kameralar" quraşdırılıb.

ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sürət həddini müəyyən edən "smart kameralar" Kvemo Kartli bölgəsində 4 lokasiyada yerləşdirilib.

Qeyd edək ki, "ağıllı kameralar" avtomobilin müəyyən olunan sürət həddini aşmasını avtomatik müəyyən edir və videocərimə tətbiq edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)