TURİZM

2018-ci ildə Gürcüstanda 44 yeni mehmanxana açılıb

2018-ci ilin sonuna olan məlumata görə, Gürcüstanda 1 639 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib.

ENA.az xəbər verir ki, Gürcüstan Statistika Komitəsinin məlumatına görə, mehmanxanaların sayı 2017-ci illə müqayisədə 44 ədəd çoxdur, amma son beş il ərzində onların sayı ikiqat artıb.

Mehmanxanalarda nömrələrin sayı 33 186 təşkil edib. Hər bir mehmanxanaya orta hesabla 20 nömrə düşür. 2010-cu illə müqayisədə nömrələrin sayı üç dəfə artıb.

2018-ci ildə mehmanxanalarda 3,7 milyon nəfər qalıb ki, bu da 2017-ci ildəkindən 285 000 çoxdur.

Gürcüstanda mehmanxanalarda 19 261 nəfər çalışır.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)