Sənaye

Yeni mebel fabriki fəaliyyətə başlayacaq - 2500 İŞ YERİ

2000-ci ildən fəaliyyət göstərən "Saloğlu” mebel şirkətinin Qazaxda yeni istehsal sahəsi - "Venzana” fabrikinin  tikintisi artıq başa çatır. Yeni fabrikin cari ilin sonunda fəaliyyətə başlaması gözlənilir. İstehsal ediləcək mebellərin isə 2020-ci ilin ilk rübündən Avropaya ixracı planlaşdırılır.

Qeyd edək ki, "Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni zamanda bölgədə məşğulluğun təmin olunmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. Beləki fabrikdə 2500 nəfərin işləyəcək.

Müəssisənin direktoru Tacəddin Mustafayev deyir ki, işlər nəzərdə tutulduğu vaxtda başa çatdırılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)