Avtomobil

Azərbaycanlılar "Rusiya avtomobili"ni alanlar arasında 4-cü yeri tutublar

Azərbaycan 2019-cu ilin I yarısında Rusiya istehsalı olan 2,1 min ədəd minik avtomobili idxal edib.

Rusiya mətbuatının yaydığı məlumata görə, Rusiya istehsalı olan avtomobillərin idxalına görə TOP-10-luğa daxil olan Azərbaycan 4-cü yeri tutur.

1-ci yerdə Özbəkistan (4,3 min ədəd), 2-ci yerdə Çexiya (4 min ədəd), 3-cü yerdə isə Latviya (3 min ədəd) qərarlaşıb.

TOP-10-luğa Slovakiya (851 ədəd), Ukrayna (787 ədəd), Serbiya (688 ədəd), Macarıstan (626 ədəd), Bolqarıstan (355 ədəd) və Monqolustan (302 ədəd) da daxildir.

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 16,965 min ədəd minik maşını idxal edib. Beləliklə, idxalda Rusiya avtomobil sənayesinin payı cəmi 12,4% təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)