Elm və Texnologiya

“Xiaomi”, “Vivo” və “Oppo” alyans yaratdı

“Xiaomi”, “Vivo” və “Oppo” şirkətləri istehsal etdikləri smartfonlar arasında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə müştərək alyansa daxil olmağa qərar veriblər.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, istifaçilərin bir smartfondan digərinə keçidi zamanı məlumatların ötürülməsi üçün internet trafikə və əlavə kənar tətbiqlərə ehtiyac olmayacaq.

Şirkətlər digər istehsalçıları da alyansa qoşulmağa dəvət ediblər. Artıq “Realme” şirkəti bele bir niyyətdə olduğunu ifadə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)