Sosial iqtisadiyyat

3 rayonda qaz olmayacaq

Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq. 

Bu barədə “ENA”ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department