Elm və Texnologiya

Yeni “iPhone” modelinin satışa çıxarılacağı vaxt - AÇIQLANDI

“Apple” korporasiyası avqustun 15-də çıxarılmış “iOS 13” versiyasının 7-ci beta-versiyasının kodunda yeni “iPhone” cihazının təqdimat tarixini açıqlayıb.

Gizli ekran görüntülərindən birində təyin edilmiş “HoldForRelease” parametrində tarix və vaxt göstərilib: çərşənbə axşamı, 10 sentyabr, 9:41. Bakı vaxtı ilə 20:41.

Tarix və vaxtı göstərən eyni ekran görüntüsü ötən il də sızmışdı.

Beləliklə, “Apple” korporasiyası sentyabrın 10-da Stiv Cobs Teatrında yeni smartfonlarını nümayiş etdirəcək, 13-də isə ilkin sifarişlər əlçatan olacaq. Sentyabrın 20-də qurğular satışa çıxarılacaq.

 

©İctnews

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)