ENA+

Hindistan və Pakistan ordusu arasında atışma olub, 8 əsgər ölüb

Kəşmir nəzarət xəttində Pakistan və Hindistan ordusu arasında atışma olub.

ENA.az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin mətbuat katibi general mayor Asif Qafur “Twitter” səhifəsində məlumat verib.

Atışma nəticəsində 3 Pakistan əsgəri və 5 Hindistan əsgəri həlak olub.

A.Qafur gün ərzində mütəmadi olaraq atışmanın davam etdiyini qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)