MALİYYƏ

Manat lirəyə qarşı bahalaşıb, rubla qarşı ucuzlaşıb: 6 ayın məzənnə fərqi

2019-cu ilin I yarısında manat əsas tərəfdaş ölkələrin valyutalarına nisbətən bahalaşıb, rus rublu və yapon yeni isə istisna təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun ayları üzrə Pul siyasəti icmalında deyilir.

Bu dövr ərzində manat türk lirəsinə qarşı 9.2%, avroya qarşı 0.8%, gürcü larisinə qarşı 7.3% bahalaşıb.

Eyni zamanda, manat Ukrayna qrivnasına qarşı 5.1%, Rusiya rubluna qarşı 8.9%, yapon yeninə qarşı 2.7% ucuzlaşıb.

I yarımillikdə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. Yanvar-iyun aylarında kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6976, satış məzənnəsi isə 1.7020 manat təşkil edib.

Xəbər verildiyi kimi, 2018-ci ildə manat əsas tərəfdaş ölkələrin bütün valyutalarına qarşı bahalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)