MALİYYƏ

Manatla kreditlər bahalaşıb, dollarla ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu yanvar-iyun aylarında fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin cüzi artdığını, valyutada isə əksinə azaldığını açılqayıb. 2019-cu il iyulun 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2018-ci ilin yekunları üzrə 14,24%-ə qarşı 14,28% təşkil edib. Xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 7,13% təşkil edib, 2018-ci ilin sonuna bu göstərici 8,06%-ə bərabər olub.

Hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,01% (2018-ci ilin sonuna 9,3%), xarici valyutada 5,73% (6,13%) təşkil edib.

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 17,18% (17,11%), xarici valyutada 12,44% (14,67%) təşkil edib.

AMB-nin məlumatına görə, hesabat dövründə milli və xarici valyutalarda cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması müşahidə olunub.

Xüsusilə iyun ayının sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,71% (ötən ilin sonuna 9,58%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 2,1% (2,33%) təşkil edib.

30 iyun tarixinə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 4,68% (5,53%), xarici valyutada 1,36% (1,43%) təşkil edib.

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 10,24% (10,01%), xarici valyutada 2,59% (2,66%) təşkil edib.**

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)