Sosial iqtisadiyyat

Azərbaycanda avtomobil idxalı 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 22 974 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 274 ədəd və ya 1,96 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 70 ədəd və ya 2,01 dəfə artaraq 139 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 10 398 ədəd və ya 1,99 dəfə artaraq 20 800 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 786 ədəd və ya 67,93 artaraq 1 943 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 20 ədəd və ya 27,78% artaraq 92 ədəd olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)