Birja

Neftin qiyməti həftəyə ucuzlaşma ilə başladı

Ötən həftənin sonunda 59,13 dollara qədər yüksələn Brent nefti bu günü 58,73 dollardan tamamladı. Həftənin ilk günündə Brent 0,61% azalmaqla 58,37 dollara satıldı. Eyni vaxtda WTI neftinin bareli 54,29 dollardan alıcı tapdı. 

Ekspertlər hesab edirlər ki, neftin düşməsi davam edəcək. ABŞ ilə Çin arasındakı ticarət gərginliyi və dünya iqtisadiyyatının zəifləməsi ilə bağlı analitik mərkəzlərin açıqlamaları neftin yenidən bahalaşacağı ehtimalını azaldır.

Beynəlxalq Enerji Agentliyinin yaydığı hesabatında 2019-cu il üçün neftə tələbin günlük 1,1 milyon barelə düşməsiylə neft qiymətlərində ucuzlaşma tendensiyasının davam edəcəyini açıqladı. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)