Axtar

Bank BTB işçi axtarır - VAKANSİYA

Bank “BTB” ASC Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi

İş barədə məlumat:

1. Bankın maliyyə hədəflərinin, balans, mənfəət və zərərlər, nağd pulun hərəkəti proqnozlarını hazırlayıb şöbə rəhbərinə təqdim edir;
2. Qəbul olunmuş maliyyə siyasətinə uyğun olaraq Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edir;
3. Məhsul və xidmətlər üzrə qiymətlərin müəyyən olunması, habelə qiymət siyasəti barədə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
4. Daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
5. Büdcənin tərtibi və onun icrası;
6. Bankın rəhbərliyi tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilini aparır;
7. Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır və bu barədə mütəmadi olaraq şöbə rəhbərini məlumatlandırır;
8. Şöbə rəhbərinin ona həvalə etdiyi digər işləri görür.

Namizədə tələblər:

- İqtisadi sahədə ali təhsil;
- Büdcə və planlaşdırma sahəsində ən azı 2 il təcrübə;
- Strateji planlaşdırma və xərclərin allokasiyası üzrə biznes və menecment prinsiplərinin yüksək səviyyədədə təhlil bacarıqları;
- Fərdi maliyyə modelləri və onun idarəedilməsi üzrə alətlərin tədbiqi bacarıqları
- MS Excel programı üzrə mükəmməl biliklər;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- İFRS üzrə əsas biliklər (ACCA imtahanlarından keçən namizədlərə üstünlük veriləcək);
- İngilis dili arzu olunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini(azərbaycan dilində) 31.08.2019-cu il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla