Axtar

“Azəriqaz”da kadr dəyişiklikləri olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin əmrləri ilə qurumda bir sıra kadr dəyişiklikləri aparılıb.

ENA.az “Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Xaliq İslam oğlu Namazov vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Hüseyn Gülməmməd oğlu Şirinov Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azər Fəxrəddin oğlu Musayev isə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla