Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti azalıb.
"ENA" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,07 dollar və ya 0,13% azalaraq 52,47 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,12 dollar və ya 0,21% azalaraq 57,26 dollar təşkil edib.