Sosial iqtisadiyyat

Güclü yağış Bakı yollarında problemlər yaradıb

Səhər saatlarından başlayaraq paytaxt Bakıya yağmağa başlayan güclü yağış fəsadlar törədib.

ENA.az xəbər verir ki, şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr meydana gəlib. 

Yolların su basması maşınların hərəkətini çətinləşdirib ki, bu da tıxaclara səbəb olub. 

Həmçinin yeraltı keçidlər də su ilə dolub. Bəzi ərazilərə isə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü yağışın hansı fəsadlara səbəb olduğu hələlik dəqiq məlum deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department