ENA+

Atambayev: Mən qoyun deyiləm

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlılarını sərbəst buraxmağa hazıram.

Bunu ölkənin keçmiş Prezidenti Almazbek Atambayev deyib.

Onun sözlərinə görə, girov götürülmüş xüsusi təyinatlılar ondan üzr istəyib:

“Xüsusi təyinatlı bölmənin əməkdaşları məndən üzr istədi. Onlar da kiminsə övladlarıdır və bunu başa düşürəm. Əksər yaralıları ötən gün buradan çıxardıq. Hazırda burada altı nəfər qalıb, lakin biz onları sərbəst buraxacağıq. Mən Jeenbekovun boğazını kəsməyə aparacağı qoyun deyiləm”.

A.Atambayev qeyd edib ki, bu gün müddətsiz mitinq başlayacaq:

“Biz mitinqə saat 16:00-da başlayacağıq. Bizi qoyun hesab etməmələri üçün mitinqə çıxacağıq. Baş Prokurorluq qanunları bilmir, ya da riyakarlıq edir. Evim məhkəmə qərarına qədər dövlət mühafizəsi altındadır və güc strukturları əməkdaşlarının buraya soxulmağa haqqı yoxdur”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)