ENA+

Brejnevin sevimli bağ evi 1,2 milyarda satıldı

Sovet İttifaqı KP MK-nın baş katibi Leonid Brejnevin sevimli istirahət yeri olan məşhur “Qlisiniya” bağ evi 1,2 milyard rubla (31251431.38 AZN) satılıb.

ENA”nın “İnterfaks”a istinadən məlumatına görə, Yaltada yerləşən bağ evi rusiyalı hüquqi şəxsə satılıb. Obyekti alan kompaniyanın adı açıqlanmayıb.

“Qlisiniya” zamanında KP MK-nın baş katiblərinin bir nömrəli istirahət məkanı olub. Onun tikintisi 1955-ci ildə başa çatmışdı. Orada Nikita Xruşşov, Yuri Andropov, Mixail Qorbaçov istirahət edib. Həmin evdə Leonid Brejnev və Riçard Nikson arasında danışıqlar aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)