Axtar

Neftin qiyməti 57 dollara düşdü

Bakı vaxtı ilə saat 17:38-də Brent nefti 57,05 dollardan alıcı tapıb. Brent nefti son seansda  3,21% ucuzlaşıb. Halbuki, iyulun sonunda Brent nefti 65 dollardan baha satılırdı.

Aprel ayının ortaları ilə müqayisədə isə neftin qiyməti 24% düşüb. Apreldə Brent neftinin qiyməti 75 dolları keçmişdi. 

Neftin ucuzlaşmasına səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin artmasıdır. ABŞ sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqlayıb və bu soyuq müharibənin qlobal iqtisadiyyata ziyan vuracağı, nəticədə neftə tələbin azalacağı ehtimalları neftin qiymətini salır. 

Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla