Qeyri-Bank

Çinin valyuta ehtiyatı 14 ayın ən yüksək səviyyəsindən geriləyib

Çin Mərkəzi Bankı (PBOC) tərəfindən Çərşənbə günü açıqlanan məlumatlara görə, Çinin valyuta ehtiyatı İyulda 3 trilyon 104 milyard dollara geriləyib. İyunda ehtiyatlar 3 trilyon 119 milyard dollara çatmışdı və bu, 14 ayın ən yüksək səviyyəsi idi.
 

Iqtisadçıların 3 trilyon dollar ilə 3 trilyon 150 milyard dollar arasında dəyişən təxminlərinin orta məbləği 3 trilyon 105 milyard dollar idi.
 
 
Çinin qızıl ehtiyatı İyulda ardıcıl səkkizinci ayda da yüksələrək 87.268 milyard dollardan 88.876 milyard dollara qalxıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)