Vakansiyalar

CinemaPlus işçi axtarır - VAKANSİYA

Satış üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması
- Şirkətin müştəri bazasının artırılması
- Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması
- Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanmasının həyata keçirilməsi
- Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

- Ali təhsil 
- Yaş həddi: 22-40 yaş
- Azərbaycan, və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı(inigilis dili arzuolunandır)
- MS Office proqramları üzrə biliklər
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Planlama qabiliyyəti və yüksək təşkilatçılıq bacarığı
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı

İş şəraiti:

- İş qrafiki: 10:00-19:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri 
- İşçi korporativ nömrə ilə təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

Maraqlananlar öz şəkilli CV formalarını karyera@cinemaplus.az ünvanına göndərə bilər.

Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır. Tövsiyyə məktubunun olması arzuolunandır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department