Elm və Texnologiya

Instagram ilə Whatsapp'ın adlarında dəyişiklik olacaq

 Facebook şirkəti özünə məxsus olan Instagram ilə Whatsapp servislərinin əməkdaşlarına xəbər verib ki, həmin servislərin adlarında bir qədər dəyişiklik olacaq. Belə ki, yeni adlar Instagram by Facebook və Whatsapp by Facebook olacaqlar. Bu barədəThe Information saytına istinadən Digger.ru saytı xəbər verib. Facebook şirkətinin əməkdaşı bu məlumatı təsdiqləyib.

    Onun sözlərinə əsasən Facebook istəyir ki, həmin servislərin istifadəçiləri istifadə etdikləri servislərin arxasında hansı şirkətin durduğunu bilsinlər. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Instagram fotoservisini 2012-ci ildə, Whatsapp messencerini isə 2014-cü ildə almışdı.

    Həmin vaxta kimi sözügedən servislər bir-birilərindən asılı olmadan inkişaf edirdilər. Hətta keçən il bu servislərin yaradıcıları şirkətdən ayrılmışdılar. Qeyd etmək lazımdır ki, hal hazırda Facebook 2.2 milyard, Instagram 1 milyarddan çox, Whatsapp isə 1.5 milyard istifadəçi kütləsinə sahibdir. Təqribi olaraq 1.3 milyard insan isə Facebook Messenger-dən istifadə edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)