Elm və Texnologiya

Alimlər məlumatları 5G modemlərdən 4 dəfə daha sürətli ötürə bilən çip yaratdılar

Kaliforniya Universitetinin alimləri 100 GHz-dən daha yuxarı tezliklərdə çalışan çipi hazırlayıblar. Bu çipin gücü hal hazırda mövcud olan 5G standartının gücündən 4 dəfə yüksəkdir. Çipin əsasında duran yeni arxitektura perspektiv cəhətdən məlumat emalı mərkəzlərindəki kilometrlərcə optik naqilləri əvəz edə bilər. Bu barədə Futurity.org saytına istinadən 4pda saytı xəbər verib. 5G cihazların gücünü alimlər bu yeni çipdə olan ikitərəfli ötürücü arxitekturası vasitəsilə geridə qoya biliblər.

eləcədə bax: “Mercedes” hələ də “Vaz”-a çata bilmir: 17 ilin fərqi rəqəmlərdə

    Bu yeni arxitektura analoq və radiotezlikli sahələrdə rəqəmsal bitləri modullaşdıraraq rəqəmsal emala olan tələbatı aşağı salır. Unikal transiver isə bu çipə daha az enerji sərf etmək imkanını yaradır. “Biz öz çipimizi ultra-5G adlandırmışıq. Onun məlumat ötürülməsi və qəbulu sürəti 5G standartının göstəricilərindən bir neçə dəfə yüksəkdir. Bununla yanaşı daha yüksək tezliklərdə çalışmaq özəlliyi mobil operatorlara yüksək sürətin böyük bir hissəsini təqdim edir” - deyə alimlər bildiriblər.

    Bir neçə müddət bundan öncə 100 GHz-dən daha yüksək tezliklərdə çalışan tezliklər ABŞ tərəfindən lisenziyalaşdırmağa başlanmışdı. Kaliforniya Universitetinin bu ixtirası bu cür tezliklərdə çalışmağı bacaran ilk cihazdır. 5G şəbəkələrdə isə istifadə olunan tezliklər 28 GHz-38 GHz diapazonu arasında dəyişir və onlar yeni çip ilə müqayisədə məlumatların bu cür sürətli ötürülməsini təmin edə bilmirlər. Güman olunur ki, bu yeni çip arxitekturasına sahib kommersiya məqsədli cihazlar 6G şəbəkəsinin işıq üzü görməsi ilə təqdim olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)