TURİZM

Bu il Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı - AÇIQLANDI

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 351 539 nəfər səfər edib.

ENA.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu ötən ilə nisbətən 280 nəfər yaxud 0,08% artım deməkdir. Bu ilin ilk yarısında Türkiyəyə səfər edən azərbaycanlılar ümumi turistlərin 1,94%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)