Sosial iqtisadiyyat

Tanınmış kitab evi cərimələnib

Nəsimi rayon Məhkəməsi “Əli və Nino yayım” MMC-nin cərimələnməsi barədə qərar qəbul edib.

ENA.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozmaqda təqsirli bilinib. Məhkəmə şirkətin 1500 manat məbləğində cərimələnməsinə qərar verib.

Qərardan narazı qalan “Əli və Nino yayım” MMC apelyasiya şikayəti verib.

Qeyd edək ki, “Əli və Nino yayım“ MMC kitab satışı məşğul olan şirkətdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)