Tenderlər

“Arash Medical Company” Səhiyyə Nazirliyinin tenderlərini udmaqda davam edir

“Analitik Ekspertiza Mərkəzi” MMC “Laboratoriya avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması” üzrə keçirdiyi açıq tenderin qalibinin “Arash Medical Company” MMC olduğunu açıqlayıb.

ENA” xəbər verir ki, 22 İyul 2019-cu il tarixində “Analitik Ekspertiza Mərkəzi” “Arash Medical Company” ilə müqavilə imzalayıb.

Müqavilənin məbləöi 298 min 623.78 manatdır.

Qeyd edək ki, “Analitik Ekspertiza Mərkəzi” Səhiyyə Nazirliyinə tabedir. MMC Dərman vasitələri sahəsində milli tənzimləyici qurumdur. Mərkəz dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətini daha da gücləndirmək və əczaçılıq bazarı iştirakçılarının fəaliyyətləri zamanı ortaya çıxan problemləri tənzimləmək məqsədilə yaradılıb.

"Arash Medical Company"  tibb avadanlıqlarının geniş spektrini təklif edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)