Axtar

Nazirliyin şöbə müdiri işindən getdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

ENA.az xəbər verir ki, e-Xidmətlər və innovasiyalar şöbəsinin müdiri Məcidov Elnur Durmuş oğlu vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Elnur Məcidov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb:

“Hazırda onun vəzifələrini Kənan Əkbərov icra edir”.

Qeyd edək ki, E.Məcidov 1976-cı ildə anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin bakalavr, 1997-1999-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2000-2004-cü illər Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu aspiranturasında təhsil alıb.

2000-2002-ci illərdə "XXI" Yeni Nəşrlər Evində kompüter mütəxəssisi vəzifəsində işləyib. 2002-2003-ci illərdə "Febus" MMC-də kompüter mütəxəssisi vəzifəsində işləyib. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentini bəyannamələr şöbəsində müfəttiş vəzifəsində işləyib.

2008-2011-ci illərdə "AZSoft" MMC-də direktor vəzifəsində işləyib.

2011-ci il 3 mart tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyin olunub. 2013-сü il 11 dekabr tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyası şöbəsinin müdiri təyin edilib.

2019-cu il 21 yanvar tarixindən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışır.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla