Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

“ABB” ASC Korporativ müştərilərlə iş şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vakansiyaları elan edir. 

Vəzifə öhdəlikləri:

 Bank məhsullarının və xidmətlərinin satışını həyata keçirmək üçün potensial müştərilərin cəlb olunması;
 Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
 Maliyyə bazarlarının, rəqiblərin fəaliyyətinin araşdırılması, analizi və tələbatın müəyyənləşdirilməsi;
 Bankın müvafiq xidmətlərinin və məhsullarının satışının yüksək səviyyədə həyata keçirilməsi;
 Zəruriyət yarandıqda gündəlik, həftərlik, rüblük,illik  hesabat əsasında müştərilərın araşdırılması, potensiallığını müəyyən edilməsi və cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi;
 Zəruriyət  yarandıqda müştəri şikayətlərinin yaranma səbəbini araşdırılması və problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsində adiyyatı strukturlara köməklik etməsi;
 Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri daimi məlumatlandırmaq.

Vakant vəzifə üzrə tələblər:

 Sahə üzrə minimum 1 il iş stajı;
 Ali iqtisadi təhsil;
 Bank əməliyyatları üzrə qanunvericilik aktları ilə tanış olmaq, эsas bank məhsulları haqqında məlumatlı olmaq;
 Azərbaycan və rus dilində mükəmməl yazı və danışıq qabiliyyəti (ingilis dili arzuolunandır);
 Komandada işləmək bacarığı;
 Satış qabiliyyəti, müştərini inandırmaq bacarığı;
 Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  5 avqust 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Korporativ müştərilərlə iş üzrə namizəd” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department