Sosial iqtisadiyyat

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatıb. 

"ENA" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. 

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizinikişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)