Vakansiyalar

Zeta Group işçi axtarır - MAAŞ 2000 MANAT

Zeta Group “Marketinq meneceri” vakansiyasını elan edir.

Namizədə tələblər:
• Yaş: 30-45 
• Cinsi: Kişi və ya qadın
• Təhsil: Ali (magistr üstünlükdür)
• İş təcrübəsi: Marketinq menecer vəzifəsi üzrə +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (əla) 
• Kompyuter bilikləri: MS Office-əla

Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Təşkilatçılıq bacarığı
• İdarəetmə bacarığı

Əsas vəzifə öhdəlikləri:
• Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq;
• Mövcud qanunvericilik, siyasət, strategiyalar və rəhbərin tapşırıqları əasında satış proqramına uyğun olaraq şirkətin daxili və xarici marketinq işlərini həyata keçirmək;
• Şirkətin sayt və sosial media hesablarına nəzarət  və idarə etmək;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• İllik marketinq plan və büdcəsini hazırlamaq;
• Müxtəlif Marketinq layihələrini həyata keçirmək.

İş şərtləri:
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı +2000AZN.

Maraqlanan şəxslər öz CV formalarını cv@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)