Hadisə

"Elit" ticarət mərkəzi yanır

Bakıda ticarət və əyləncə mərkəzində yanğın başlayıb.

ENA.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Mirzə Ələkbər Sabir küçəsində yerləşən "Elit" ticarət və əyləncə mərkəzində qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

Yanğının qarşısının alıənması üçün tədbirlər görülür.

 

***

Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, yanğın "Sədərək" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

"Artıq yanğın söndürülüb", - deyə FHN-dən bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)