Vakansiyalar

MTK International School işçi axtarır - MAAŞ 1000 MANAT

Kateqoriya: Azərbaycan / Rus / İngilis bölmələri: aşağı və yuxarı siniflər

Vəzifə: Məktəb psixoloqu

Yerləşmə: Bakı, Azərbaycan

İşəgötürən: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Elanın verilmə tarixi: 15 iyul 2019-cu il

Elanın bitmə tarixi: 20 avqust 2019-cu il

İşə başlama tarixi: 15 sentyabr 2019-cu il

Müqavilə növü: həftə içi 5 iş günü (tam iş günü)

Əmək haqqı: 1000+ AZN

Vəzifə haqqında:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində azərbaycan bölməsi üzrə Psixoloq vəzifəsinə müraciət etmək üçün psixologiya sahəsində ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq.

Namizədlərə tələblər:

• Psixologiya sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi;
• Tələb olunan sahədə ən az 3-5 il müddətində təcrübə;
• Azərbaycan/rus/ingilis dillərində mükəmməl danışma və yazma bacarığı;
• 6-18 yaş qruplarını əhatə edən təhsil alanlarla böyük həvəslə işləmək istəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı;

Həmçinin əlavə olaraq:

• Müxtəlif metodikalardan istifadə edərək psixoloji diaqnostikanın həyata keçirilməsi;
• Psixoloji maarifləndirmə işinin aparılması;
• Qrup şəklində psixoloji təlimlərin keçirilməsi, individual və qrup şəklində konsultasiyaların aparılması;
• Şagird nailiyyətləri barədə vaxtında əhəmiyyətli rəy vermək;
• Konsultasiya, pedaqoji şura və valideyn iclaslarında müəllim və valideynləri uşağın münasib psixi inkişafının əsas qanunauyğunluq və şəraitləri ilə tanış edilməsi.

Beynəlxalq MTK məktəbinin üstünlükləri:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi burada təhsil alan şagirdlərə və çalışan bütün müəllimlərə müasir, innovativ, yüksək səviyyədə təchiz edilmiş təhsil mühitini təklif edir. İşəgötürmə ilə bağlı mükəmməl şərait ilə yanaşı, Kompleksimiz dəstəkləyici mühitə malikdir, həmçinin, şagirdlər və müəllimlər arasında açıq dialoqun həyata keçdiyi əvəzsiz mühitə malik professional inkişaf üçün fürsətlər yaradır. 
Kompleks haqqında əlavə məlumat: http://www.mtk.edu.az/en/ 

Bizimlə əlaqə:

Maraqlanan namizədlər aşağıdakı sənədləri təqdim etməklə müraciət edə bilərlər:

• Müvafiq vəzifəyə uyğunluq haqqında motivasiya məktubu (250-300 söz) (Word/PDF formatında),
• CV (şəkil ilə) (Word/PDF formatında).
 
Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (məsələn, psixoloq) qeyd olunmaqla, hr@mtk.edu.az, elektron ünvanına göndərilməlidir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department