Sosial iqtisadiyyat

Daha bir universitetin məzun günü büdcəyə baha başa gəlib

Azərbaycan Turizm və Menecment Universiteti 2018-2019-cu tədris ilinin məzun mərasiminin keçirilməsinin satın alınmasına dair “Qlobus Holding MMT” MMC ilə müqavilə imzalayıb.

ENA.az xəbər verir ki, büdcə təşkilatı bu satınalma müqabilində cəmiyyətə 35 709 manat ödəyib. 

Daha əvvəl isə "Bakı Mühəndislik Universiteti" PHŞ 21 iyun 2019-cu il tarixində "Məzun 2019" adlı təntənəli tədbirin keçirilməsi ilə əlaqədar fiziki şəxs Qurbanov Fərhad Mahmud oğlu ilə 7 585 manat məbləğində birbaşa satınalma müqaviləsi bağlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)