MALİYYƏ

Fermerlərə subsidiyaların verilməsində - YENİ QAYDALAR

2020-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda fermerlərə subsidiyalar yeni qaydalarla veriləcək.

Bunu açıqlamasında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. Onun sözlərinə görə, hazırda subsidiyaların verilməsi mexanizminin formalaşdırılması istiqamətində işlər aparılır: "Fikrimiz ondan ibarətdir ki, bu subsidiyaların verilməsi elə formalaşsın ki, fermer heç bir insan amilindən asılı olmayaraq, subsidiyanı yalnız elektron kənd təsərrüfatı sistemi vasitəsilə əldə edə bilsin".

Nazir müavini həmçinin əlavə edib ki, aqrotexniki tədbirin həyata keçirilməsi üçün fermerə hər hansı məbləğ düşəcəksə, bu məbləğin bir miqdarı əvvəlcədən onun kartına yatırılacaq ki, fermer subsidiyanı alana qədər aqrotexniki tədbirlərini vaxtında icra edə bilsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department