ENA+

Tramp bu valyutaları pul hesab etmir

Kriptovalyutalar etibarlı deyil və cinayət əməllərinin törədilməsinə yardımçı ola bilər.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

Bitkoinin və digər kriptovalyutaların fanatı olmadığını deyən dövlət başçısı qeyd edib ki, onlar pul sayılmır:

“Kriptovalyutaların dəyəri çox dəyişkəndir və heç nəyə əsaslanmayıb. Tənzimlənməyən kriptoaktivlər qanunsuz fəaliyyətə, o cümlədən, narkotik maddələrin ticarətinə kömək edə bilər”.

D.Tramp əlavə edib ki, ABŞ-da yalnız bir real valyuta var:

“Bu da ABŞ dollarıdır. Dollar heç vaxt olmadığı qədər sabit və etibarlıdır. O, dünyada hökmran valyutadır və həmişə də belə qalacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)