Axtar

Azərbaycanın yeni kooperativ yaradılır

Azərbaycanda şəkər istehsalı və emalı ilə məşğul olacaq yeni kooperativ yaradılır.

ENA.az xəbər verir ki, bu, Sənaye Bitkilərinin İstehsalı və Emalı Kooperatividir. 

Kooperativə üzv olacaq istehsalçı fermerlər daimi alıcılara çıxış imkanı əldə edəcək, "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası"na uyğun olaraq subsidiya alacaqlar.

Emalçılar isə məhsula olan illik tələbatlarını fermerlərə təqdim edərək onlar üçün bazar formalaşdıracaqlar.

Fermerlərin rahatlığı üçün əvvəlcədən razılaşdırılacaq qaydalara əsasən, 20-30%-lik on ödəmə də tətbiq ediləcək. Bu pulla istehsalçılar əkin xərclərinin böyük bir qismini qarşılayacaqlar. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla