Vakansiyalar

NBCO KredAqro işçi axtarır - VAKANSİYA

Lizinq Mütəxəssisi (Bakı)

KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Lizinq Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzuolunandır);
• Lizinq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi; 
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Müştərilərlə davranış etikası.

İş şəraiti:

• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Tələblərə cavab verən şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına    
Subject/Mövzu hissəsində “Lizinq Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)