MALİYYƏ

Palata “exchange”lərlə bağlı sistemi “AtaTexnologiya”ya həvalə edib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziyaların verilməsi, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması üçün proqram təminatının yaradılması məqsədi ilə mal və xidmətlərin” satın alınmasına dair “AtaTexnologiya” MMC ilə müqavilə bağlayıb.

Büdcə təşkilatı bu satınalma müqabilində “AtaTexnologiya”ya 604 958,86 manat ödəyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)