İnşaat və əmlak

Bakıda tikinti şirkətinin rəhbəri ev alan vətəndaşa qarşı dələduzluq etdi - 56 MİN MANAT

Bakıda tikinti şirkətində ev almaq istəyən vətəndaşa qarşı dələduzluq edilib.

ENA.az xəbər verir ki hadisə Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayon sakini Hüşənov Şaban Əbdüllətif oğlu mənzil almaq üçün F. Xoyski küçəsi 107 ünvanında yerləşən "Şakir MTK"ya məxsus tikinti şirkətinin ofisində Şakir adlı şəxsə 56 min 426 manat verib.

Lakin Şakir həmin şəxsi aldadaraq pulu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)