Birja

Mərkəzi Bank 6,51% - 8,49%-lə banklardan depozit götürəcək

İyulun 8-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Hərrac vasitəsilə 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulur. Müddət 14 gün, faiz dərəcəsi 6,51% - 8,49% aralığında müəyyən olunub.


01.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 701,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank tərəfindən 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu və bu məbləğu də cəlb etmişdi. Beləliklə, hərracda tələb təklifi 7 dəfədən çox üstələmişdi. 

 

24.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 813,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank tərəfindən 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu və bu məbləği də cəlb etmişdi. Beləliklə, hərracda tələb təklifi 5 dəfədən çox üstələmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)